10 Dekabr 2010-cu ildə Məlumat –biblioqrafiya şöbəsinin işçiləri 152 saylı məktəbdə İbtidai
sinif müəllimləri və şagirdləri üçün sərgi təşkil etmişdilər.
Tədbirin şəkilləri
Sərgidə ibtidai sinif müəllimləri üçün sərgilənən metodik nəşrlər müəllimlərin marağına səbəb oldu.
Müəllimlərdən Hacıyeva Səlminaz, Fərhadova Məlahət, Əliyeva Zeynəb metodik nəşrlərlə yaxından tanış oldular,
özlərinə lazım olan materialların surətlərini çıxardılar. “Beşik“ nəşriyyatının “Güvəncin nağılları”
seriyasında çap etdiyi kitablar
uşaqların böyük marağına səbəb oldu. Sərgidə lap balacalar üçün Abdulla Şaiqin,
Sevinc Nuruqızının, Gülarə Munisin kitabları nümayiş etdirildi. Nərgiz və Ülviyyə hər bir uşaqla
fərdi söhbət etdilər. Uşaqların maraqlandığı hər bir kitab haqqında onlara qısa məlumat verildi, kitabın
həsr olunduğu mövzu haqqında, qəhrəman haqqında ətraflı danışıldı. Tədbir çox canlı keçdi. Hər bir uşaq öz mütaliə
dairəsini nümayiş etdirməyə çalışırdı, onlar öz bildikləri nağılları, əzbərlədikləri şeirləri söylədilər. Sərgidə
1və 4-cü sinif şagirdləri (təxminən 90 şagird) iştirak edirdi. Məktəbin direktoru Verdiyeva Gülarə xanım hər iki
səginin keçirilməsi işilə şəxsən maraqlandı. Məktəbin kitabxanaçısı Nərgiz xanım hər iki tədbirin keçirilməsi
üçün lazım olan şəraiti yaratdı.
Bu tədbir, sərgi ilə icmalın bir yerdə keçirilməsi, özünü doğrultdu, yaxşı səmərə verdi. Müəllimlərə təklif
olundu ki, gələn sərgilər kitabxanada Uşaqlar kitabxanaya ekskursiyaya gəlsinlər. Bu həm müəllim və şagirdlər,
həm də kitabxana işçiləri üçün səmərəli olar.
Bütün xəbərlər