25 noyabr 2010-cu il tarixdə Nəsimi rayon 28 saylı orta məktəbdə İncəsənət və Kütləvi
işlər şöbəsininm birgə hazırladığı Milli qəhrəman Mubariz İbrahimovun qəhrəmanlığına həsr
olunmus “Vətən məni çağırır” adlı tədbir keçirdi. Tədbirdə keçmiş döyüşçülər-milli qəhrəman,
Nəsimi rayon polis mayoru Aidə Şirinova, “Mili qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir
Seyidzadə, mili qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov, ”Azad qələm”qəzetinin baş
redaktoru Nəcibə İlkin, şairə Cığatel, Nəsimi rayon İcra Hakimiyyətində işləyən psixoloq Mehriban
xanim, Təhsil idarəsindən Yaqut xanım, müəllimlər və 9-11-ci sinif şagirdləri iştirak edirdi. Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Mehriban Əlizadə
qonaqları salamladıqdan sonra Mübarizin qəhrəmanlığından danışdı. Mübarizin məktubu səsləndirildi və onun
haqda hazırlanmış slaydlar proyektorla nümayiş olundu. 28 saylı məktəbin məzunu olmuş, polkovnik mayoru Aidə
Şirinova Mübarizin qəhrəmanlığı haqqında , həmçinin müharibənin qanlı günlərindən söhbət açdı və yazdığı
“Vətən”, ”Ey şəhid qardaşım”, ”Ey şəhid anası” şeirlərini söylədi. Milli Qəhrəmanlara həsr olunmus slayd
gostərildikdən sonra “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə çıxış etdi və Dağlıq Qarabağ
müharibəsində 22 min Azərbaycanlının şəhid olduğu və 41 min insanin əlil olmasi, 211 nəfər azərbaycanlının
Milli qəhrəman adına layiq gorulməsi haqda məlumat verdi.10-cu sinif şagirdi Naibə Məlikova
“Ey Vətən” və “Torpağın səsi” mahnılarını ifa etdi. Bütün qonaqların çıxışından sonra şagirdlərin onlara sualları
ünvanlandı. Tədbirin sonunda uşaqlar Mübariz İbrahimova həsr olunmuş “Hayqıran ürək” adlı foto-sərgiyə baxdılar.
Tədbirin şəkilləri
Bütün xəbərlər