24 noyabr 2009-cu ildə Nəsimi rayonu 1 saylı məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində uşaqların bayram keçirildi. Bayram (sözləri Gülnur Aslan, musiqisi Novruz Aslan) Rəşad İlyasovun ifasında “Uşaqları qoruyaq” klipinin proyektor vasitəsilə nümayişi ilə başladı. Tədbirdə müxtəlif yaş qrupları üzrə 70-dən çox uşaq iştirak edirdi. Ombudsman nümayəndələrindən hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Rəşid Rumzadə, uşaq hüquqları müdafiəsi sektorunun böyük məsləhətçisi Fərqanə Məmmədxanova, Bakı baş təhsil idarəsinin əməkdaşı Yaqut Məmmədova, Təhsil nazirliyindən Aysel Hacıyeva, Bülbül adına musiqi məktəbinin özfaliyyət kollektivi, məktəbin tarix, ədəbiyyat, psixologiya müəllimləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktoru Z.Dadaşova açaraq hüquq həftəsi çərçivəsində keçirilmiş tədbirlərdən, “Baş rolda mənim hüquqlarım” adlı rəsm müsabiqəsindən söhbət açdı. Müsabiqənin qalibi VII d sinif şagirdi Atacanova Kamillaya diplom və hədiyyə verildi. Uşaqlar maraqlı suallarla Ombudsman nümayəndələrinə müraciət etdilər. Bütün uşaqlara “Göy qurşağı” jurnalı hədiyyə edildi. Uşaqlar üçün təşkil olunan bayram “Qoy həmişə günəş olsun” musiqisinin müşayiəti ilə sona çatdı.
Tədbirin səkilləri
Bütün xəbərlər