23 oktyabr 2009-cu ildə XXI əsr məktəbində uşaq yazıçısı, təmsilçi Hikmət Ziyanın anadan olmasının 80 illiyinə həsr olunmuş gecə keçirildi. Gecənin qonağı uşaqların sevimli yazıçısı İlyas Tapdıq idi. Tədbir keçirilən zalın divarlarından uşaqların Hikmət Ziyanın təmsillərinə çəkdikləri rəsmlər asılmışdı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açdı. Aparıcılar yazıçının həyat və yaradıcılığından danışdılar. Aşağı sinif şagirdləri təmsillər əsasında səhnəciklər göstərdilər. Məktəbin ansamblı konsert proqramı ilə çıxış etdi. Görüşün sonunda İlyas Tapdıq Hikmət Ziya ilə bağlı xatirələrindən maraqlı söhbət etdi.
Tədbirin səkilləri
Bütün xəbərlər