Tədbirin səkilləri
4 oktyabr 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “4 Oktyabr Beynəlxalq Heyvanları Müdafiə Günü” münasibətilə azyaşlı oxucularla maarifləndirici söhbət keçirdi.
Tədbirdə çıxış edən İncəsənət şöbəsinin əməkdaşı, insanların heyvanlarla olan əlaqələri ilə bağlı tarixindən danışdı, sonra isə pişik, it, at, qoyun, keçi və s. bu kimi ev heyvanlarının insanların ən yaxın köməkçisinə çevrildiyini qeyd etdi. Həmçinin çıxışında bildirdi ki, ev heyvanlarının, xüsusilə quşların təbiətdə azalmaları səbəbilə gənə, danaburnu kimi zərərvericilər artır, bunun qarşısını almaq üçün ətrafımızdakı heyvan dostlarımızın həyat sahələrini düzəltmək və onların həyatlarına köməkçi olacaq hər cür məsuliyyəti daşımalıyıq. Çətin keçən mövsüm şəraitində: quraq keçən yay mövsümündə su ehtiyaclarını, qış aylarında yemək ehtiyaclarını ödəməyə heyvanlara kömək etmək lazımdır. Gəlin, yemək qalıqlarımızı, xüsusilə çörəyi zibilliyə atmaq yerinə, yaxınımızda olan heyvanlara, ya da onların bəsləyicilərinə verək.
Qeyd edək ki, Beynəlxalq Heyvanların Müdafiə Günü yeni hadisə deyil, bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsi aparılan yığıncaqdan sonra təqvimə daxil edilib. Bundan sonra həmin hadisə əhatə dairəsini genişləndirərək, dünyadakı heyvanların bütün növlərinə şamil olunmuşdu. Oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu olan Assasiyalı Françeskonun vəfat etdiyi günə görə təyin olunmuşdur. Bu gün milliyətindən, inancından, dinindən, siyasi baxışından və ya ideologiyasından asılı olmayaraq heyvansevər hər bir kəs tərəfindən qeyd olunur.
Tədbirin sonunda uşaqlar təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Sərgi qarşısında uşaqlarla sorğu aparıldı, uşaqları maraqlandıran suallar cavablandırıldı.
Bütün xəbərlər