20 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2016-cı ildə seçilmiş “Azərbaycanın Folklor Paytaxtı- Qusar” rayonu haqqında hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirildi. Şöbə müdiri Nazilə xanım elektron baza haqqında geniş məlumat verərək bildirdi ki, proqram ölkəmizdə qeyri-maddi mədəni irsin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə həyata keçirilmişdir. 2010-cu ildən icra olunan proqram nəticəsində qeyri-maddi mədəni irsin inkişafı vüsət alıb və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Həmçinin, proqrama əsasən 2010-2014-cü illərdə ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, 2015-ci ildə isə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax rayonu “Milli Mətbəx Paytaxtı” elan olunub. “Paytaxt” seçilmiş şəhərlərdə folklor kollektivləri, el sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalq yaradıcılığının, milli adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb. Proqram çərçivəsində azsaylı xalqların nümayəndələri də geniş şəkildə iştirak etmiş, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli bir daha dünyaya tanıdılmışdır. “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonunda da bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaqdır.
Kitabxananın saytında yerləşdiriləcək “Azərbaycanın Folklor Paytaxtı- Qusar” elektron məlumat bazasında Azərbaycan uşaq yazıçıları, muxtəlif maraqlı mövzularla bağlı tam müfəssəl məlumatlar toplanaraq oxucuların diqqətinə çatdırılacaqdır. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova açaraq ölkəşünaslıq və milli ədəbiyyt şöbəsi tərəfindən mükəmməl olaraq, nəfis tərtibatlı ilk məlumat bazasının yaranması münasibətilə əməkdaşları təbrik edərək qeyd etdi ki, bu uğurlu addım şöbənin öz təşəbbüsü ilə baş tutmuşdur, məlumatlardan gələcəkdə bütün dünya oxucuları istifadə edə biləcək və bu baza alimlər, tədqiqatçılar, geniş oxucu kütləsi üçün lazımlı, qiymətli vəsait olacaqdır. Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri Nazilə Tahirovaya və Tünzalə Əzizovaya təşəkkür etdi və bildirdi ki, bu gün biz elektron məlumat bazasını yaratmaqla virtual oxucularımızın sayını artırmış oluruq.
“Azərbaycanın Folklor Paytaxtı- Qusar”elektron məlumat bazasının hər bir bölməsinin tərkibində olan tammətnli məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bölmələr aşağıdakılardır:
Azərbaycanın folklor paytaxtı Qusar
2016-cı il Qusar şəhəri "Azərbaycanın folklor paytaxtı" seçildi
Azərbaycan Respublikasının qanunu
Görkəmli şəxsiyyətlər Qusar və qusarlılar haqqında
Kitablar
Dövrü mətbuat
Rus dilində


Tədbirin səkilləri
Bütün xəbərlər