Tədbirin səkilləri
13may 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan və İsrail yazarlar birliyinin üzvü, dağ yəhudisi, Azərbaycanın sayılıb-seçilən, uşaqların sevimli şairi Simax Şeyda ilə oxucuların görüşü keçirildi. Tədbirdə “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli, politoloq, publisist Reyhan Mirzəzadə, “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydın, şair Yusif Həsənbəy, Dünya məktəbinin şagirdləri, kitabxana əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla xanım Qəmbərova açaraq Simax Şeydanı oxuculara təqdim etdi. Elçin müəllim öz çıxışında Simax Şeyda yaradıcılığı haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, baxmayaraq ki, Simax Şeyda 20 ildir ki, səhhəti ilə əlaqədar Almaniyanın Münhen şəhərində yaşayır, dostluq əlaqələrini saxlayır, ədəbiyyatı daim izləyir, Azərbaycan haqqında bütün məlumatları bilir və hər gəlişində onun uşaqlar üçün yazdığı bir kitabı çapdan çıxır. Belə kitablardan biri “Oğuzda izim var mənim” şeirlər kitabıdır. ”Qızım qızlar içində”, “Yoxdur belə nənədən” və “Qürbətdən gələn səslər ” kimi son illərdə nəşr olunan kitabları və digər uşaqlar üçün yazdığı kitablar(11) əsasında “Vətən nisgilli şair” adlı kitab sərgisi və biblioqrafik ədəbiyyatı siyahısı, video çarxlı slayd oxuculara təqdim olundu. Görüşdə Dünya məktəbinin uşaqları hazırladığı kompozisiyanı təqdim etdilər, uşaqların ifasında dostluğa, sülhə çağırış sədası altında mahnılar ifa olundu. Yusif Günaydın, Reyhan Mirzəzadə, Yusif Həsənbəy şair haqqında maraqlı çıxışları ilə yadda qaldı. Uşaqların verdiyi suallar şair tərəfindən cavablandırıldı. Tədbirin sonunda Simax Şeyda öz duzlu-məzəli, vətən ətirli şeirlərini
söylədi, kitabxanaya və uşaqlara öz kitablarını, diskini hədiyyə etdi və kitabxananın kollektivi ilə xatirə şəkli çəkdirdi.
Bütün xəbərlər