4-5 may 2016-cı il tarixlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “İnternet adi bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır” adlı növbəti seminar-məşğələlərini keçirdi.
Proqramın məqsədi uşaqların internet üzrə biliklərinin artırılması və kitabxananın saytından düzgün istifadə etməklə axtarış sistemi üzrə materialların tapılması və sistemli şəkildə təhlil olunaraq redaktə olunması idi. Həmçinin saytımızda verilmiş internet-etiket qaydaları da oxucuların diqqətinə çatdırıldı.
Seminar-məşğələdə Bakı şəhəri, Nəsimi rayonu, A.S.Loginov adına 8saylı tam orta məktəbin VII sinif şagirdləri, Nəsimi rayonu E.Tağızadə adına 164 saylı orta məktəbin V-VII sinif şagirdləri iştirak edirdi.
Seminarın sonunda iştirakçıların sualları cavablandırıldı.


Tədbirin səkilləri
Bütün xəbərlər