Tədbirin səkilləri
9 mart 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsi Nəsimi rayonundakı 14 saylı məktəbin 2a sinfində “Yurdumuza Novruz gəlir” adlı icmal keçirdi. “Göyər, səmənim, göyər”, “Novruz töhfələri” kitablarının icmalında vurğulandı ki, Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün–suyun, odun, yelin, torpağın isinməsi durur. Ona görə də Novruz şənlikləri martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. İnanclara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri dirilmişdir. Elinə, obasına bağlı olan xalqımız keçmişini unutmur, tarixi mədəniyyətimizi həmişə uca tutur və onu qoruyub saxlayır.
İcmalın sonunda uşaqlarla sual-cavab keçirildi. Suallara düzgün cavab verənlərə kiçik kitablar hədiyyə edildi.
Bütün xəbərlər