Tədbirin səkilləri
26 fevral 2016-cı il tarixində F.Köçərli ad. Respublika Uşaq Kitabxanasının 3 saylı filialı M.Rəsulzadə qəsəbəsində yerləşən H.Cəbrayılov adına 99 nömrəli orta məktəblə birgə “Xocalı ruhları” adlı tədbir keçirdi. 99 nömrəli orta məktəbin direktoru giriş sözü ilə çıxış edərək tədbiri açıq elan etmişdir.Tədbirdə R.Aboyev adına mədəniyyət və istirahət parkının direktoru, əməkdaşları da iştirak etmiş, bu qanlı faciə haqqında fikirlərini bildirmişlər. IV sinif şagirdlərinin ifasında “Xocalı-Qanımızla yazılan tarix” və yuxarı sinif şagirdlərinin hazırladığı “Xocalı ruhları” adlı ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıların təqdim olundu. Tarixin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 24 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən dırnağa qədər silahlanmiş erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində qərar tutmuş 366-cı rus alayı ilə birlikdə Xocalını yandirib külünü göyə sovurdular. Əliyalın olan dinc sakinləri qəddarcasına qətlə yetirdilər.Xocalı müsibətinin gunahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayaçaqdır.
Tədbir iştirakçıları kitabxana əməkdaşlarının təşkil etdiyi kitab sərgisi ilə tanış oldu. “Xocalıya ədalət “ adlı keçirilən rəy sorğusu ilə öz rəylərini bildirdilər. Rəy sorğusunun nəticələrinə görə hər bir məktəbli Xocalı ilə bağlı maraqlı fikirlər bildirdilər.
Bütün xəbərlər