18 Fevral 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik oxu zalında 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə “Ana dilimizi sevək, qoruyaq” adlı söhbət keçirildi. Söhbəti kitabxananın əməkdaşı Abdullayeva İlahə təşkil etmişdi. Tədbirdə Nəsimi rayon 164 saylı tam orta məktəbin 4-5-ci sinif şagirdləri iştirak edirdi. Söhbəti təşkil etməkdə əsas məqsəd uşaqlara dünya dilləri haqqında, həmçinin doğma dilimiz olan Azərbaycan dilinin inkişaf tarixindən, onun qorunması uğrunda gedən tarixi mübarizədən danışmaq idi. Tədbirdə uşaqlar ana dili haqqında şeirlər söyləyib, suallara cavab verdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər