31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür.
31 dekabr 1993-cü ildən etibarən ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəylik və milli birlik bayramı elan edilmişdir. Bu bayram liderimizin layiqli davamçıları olan, Azərbaycanın gələcəyi naminə yaşayan və gecə-gündüz çalışan gənclərimizin, doğma Vətənimizin hər yerdə tanınması üçün atılan bir addımdır. Dilimizin, mədəniyyətimizin, adət və ənənələrimizin, tariximizin yaşadılması və gələcək nəsillərə ötürülməsi, dünya azərbaycanlılıarı ilə əlaqələrinin möhkəmləndirilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. F.Köçərli adına Respublika Uşaq kitabxanasının təşəbbüsü ilə XXI əsr liseyində 23 dekabr 2008-ci ildə Həmrəylik gününə həsr olunmuş ədəbi bədii gecə keçirildi. Gecədə elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova, şair, yazıçı, publisist Teyyub Qurban iştirak edirdi. Tədbiri giriş sözü ilə Zahirə xanım açaraq, həmrəylik gününün tarixindən, əhəmiyyətindən danışdı və tədbirin sonunda uşaqları tərtib olunmuş kitab sərgiləri ilə tanış olmağa çağırdı. Yazıçı, publisist Teyyub Quban öz çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinın bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini qeyd etdi, uşaqları bayram münasibətilə təbrik etdi və onları həmrəyliyə, birliyə, dostluğa çağırdı. Böyük sevinclə qeyd edilən ümummilli bayramda uşaqlar öz gözəl çıxışları ilə yadda qaldılar. Tədbirin sonunda uşaqlar “Dostluq, Birlik, Həmrəylik”, “Azərbaycan- yurdum mənim”, “Həqiqət carçısı” adlı kitab sərgiləri ilə tanış oldular.
Sərgilər (səyyar) 10 gün müddətində həmin liseydə uşaqların nəzər-diqqətində olacaqdır.
Tədbirin səkilləri
Bütün xəbərlər