15 sentyabr – Bilik günü və Sülh aylığı çərçivəsində Nəsimi rayonunda yerləşən Koala
parkında “Şən, əyləncəli mütaliə” adlı tədbir keçirdi. Koala parkı “Bilikdən nur alıram
mən”, “Oxuya bilirsənsə hər insan bir kitabdır”, “Bilik sərhədsiz bir dənizdir”, “Bilikli
adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”, “Biliyə aparan yeganə yol –
mütaliədir” adlı görkəmli adamların biliklə bağlı söylədikləri müdrik sözlər yazılmış
plakatlar, “Kitablar mənəvi sərvətimizdir” adlı şüar və şarlarla bəzədilmişdi. Tədbiri
keçirməkdə məqsəd uşaqların kitaba, kitabxanaya olan maraqlarını artırmaq və
mütaliəsini təşkil etmək idi.
Tədbirin səkilləri
Tədbirdə yeni nəşr olunmuş uşaq ədəbiyyatlarının sərgisi onların diqqətinə
çatdırıldı, qatara, yellənçəklərə minən uşaqlara oxumaq üçün kitablar və kitabxanamızın
təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi. Bütün tədbir iştirakçılarına kitabxananın
bələdçisi və şirniyyatlı vizit kartı verildi. Sərgidə aşağıdakı başlıqlar altında kitablar
nümayiş olunurdu:
“Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan –
yurdum mənim”, “Sənin maraq dünyan”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”,
“Çox oxuyan, çox bilər”, “Biri var idi, biri yox idi”, “Məktəb proqramına kömək”, “Hər
obada, hər bir eldə, qanad açsın sülh sözü, üzü gülsün insanların, bayram etsin yer
üzü ”. Tədbir iştirakçıları sevimli uşaq yazıçılarından İlyas Tapdıq, Gülzar İbrahimova,
Sevinc Nuruqızı, Reyhan Yusifqızı ilə tanış oldular, xatirə şəkilləri çəkdirdilər, “Şən,
əyləncəli mütaliə” etməklə ədəbiyyatşünas, pedaqoq, uşaq folklorunun ən görkəmli
nümayəndəsi Firidun bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası
haqqında geniş məlumat əldə etdilər.
Bütün xəbərlər