Aprelin 3-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Cırtdan və Təpəgöz” cizgi filminin yaradıcı heyəti ilə görüş keçirilmişdir.
Uşaqlar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “3D” formatında Azərbaycanda ilk dəfə çəkilmiş 9 dəqiqəlik cizgi filmini rəğbətlə qarşılamışlar.
Ekran əsərinin ssenari müəllifi Yusif Şeyxov, bəstəkarı Çingiz Mustafayevdir.
Film nümayiş etdirildikdən sonra filmin animatorları Rəşad Əfəndiyev və Yusif Qabilov uşaqları maraqlandıran suallara cavab vermişdir.
Tədbirdə uşaq yazıçılarından Reyhan Yusifqızı, Ələmdar Quluzadə, Nərimanov rayonundakı 193 nömrəli orta məktəbin 5-ci sinif və Nəsimi rayonundakı 164 nömrəli orta məktəbin 4-cü sinif şagirdləri iştirak etmişlər.
Sonda kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva filmin yaradıcı kollektivinə təşəkkürünü bildirmiş, gələcəyimiz olan uşaqların layiqli vətənpərvər kimi yetişməsində bədii əsərlərin, cizgi filmlərin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.
Sonra tədbir iştirakçıları kitabxanada təşkil olunmuş V Milli Uşaq Kitabı Sərgisi ilə tanış olmuşlar.
<Tədbirin şəkilləri
Bütün xəbərlər