9 may 2008-ci ildə kitabxananın oxu zalında uşaq şairi Fikrət Sadıqla oxucuların görüşü oldu. Sual-cavab əsasında keçən görüş uşaqların çox xoşuna gəldi. Onlar öz sualları ilə Fikrət müəlllimin acı uşaqlıq xatirələrindən, tələbəlik illərindən, uşaqlara olan məhəbbətindən xəbərdar oldular. Fikrət Sadığın bütün yaradıcılığında folklor ab-havası vardır. Oxucular onun şeirlərini söylədilər, üç yaşlı Xanım “Gilə” şeirini söyləməklə Fikrət baba poeziyasına olan məhəbbətini bildirdi. Az.TV və Radio Yayım Şirkəti görüşü lentə aldı. Mayın 14-də Fikrət Sadığa həsr olunmuş “Mən də balaca olmuşam” verilişində göstəriləcək.