25 fevral 2013-cü ildə Nərimanov rayonu 193 saylı məktəbdə Xocalı soyqırımı ilə bağlı “Əsrin Xocalı faciəsi” adlı
tədbir keçirildi.Tədbirdə məktəbin 4-cü sinif şagirdləri iştirak edirdi.Tədrir faciəni əks etdirən slaydın nümayişi
ilə başladı. Şagirdlər ermənilərin törətdiyi vəhşiliklərdən, faciənin qurbanlarından söhbət açdılar. Şeirlər, bayatılar
söylədilər. Faciəni əks etdirən kompozisiya göstərildi. Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin foyesində tərtib olunmuş “Əsrin Xocalı faciəsi” adlı kitab və rəsm sərgisi bütün məktəblilərin marağına səbəb oldu.
Tədbirdə Xocalı şəhər sakini Xatirə xanım iştirak edirdi. O, həmin hadisələrin canlı şahidi kimi görduklərindən söylədi.
Sonda məktəbin direktoru
Rəhim müəllim tədbiri təşkil etdiyinə görə kitabxananın əməkdaşlarına və Amilə müəlliməyə təşəkkür bildirdi.
<Tədbirin şəkilləri
Bütün xəbərlər