Fevralın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi,
PEN klubun vitse-prezidenti, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq müasir Azərbaycan və dünya nəsrində Çingiz Abdullayev
əsərlərinin özünəməxsus yeri olduğunu, onun ölkəmizdə və xaricdə tanındığı və dəyərləndirildiyini qeyd etdi.
Ç.Abdullayevin həyatı, yaradıcılığının əsas istiqamətləri haqqında “Bizim əbədi Dronqo” adlı çarxlı slaydın nümayişi ilə
rus və azərbaycan dillərində məlumat verildi. Daha sonra xalq yazıçısı Çingiz Abdullayev öz yaradıcılığından, yazdığı son
kitablarından və onları yazarkən rastlaşdığı maraqlı hadisələrdən danışdı. Görüş oxucuların sualları ilə davam etdi.
Yeniyetmələrin və digər iştirakçıların suallarını cavablandırarkən Çingiz Abdullayevin bölüşdüyü xatirələr iştirakçıların
böyük marağına səbəb oldu.
<Tədbirin şəkilləri
Keçirilən bu tədbir yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə olunmağa, əsl vətəndaş kimi formalaşmağa, intellektual
səviyyələrini daim yüksəltməyə, dünyagörüşünü genişləndirməyə bir çağırış oldu. Yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında, onlarda elmə, biliklərin əldə edilməsinə maraq oyadılmasında bu cür tədbirlərin əhəmiyyəti böyükdür. .
Tədbirin sonunda Çingiz Abdullayev oxucularına bilik mənbəyi olan kitabı sevməyi və qorumağı, həyatı dərindən anlamaq
üçün çoxlu kitab oxumağı tövsiyə etdi, oxucularının kitablarını imzalayıb və onlarla xatirə şəkli çəkdirdi.
Bütün xəbərlər