Yanvarın 30-da Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəbdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş ədəbi-bədii gecə kecirildi. Keçirilən tədbirdə iştirakçılar öncə Nizami
Gəncəvinin əsərlərinə həsr olunan müxtəlif incəsənət nümunələri, xalçalar və kitablarından ibarət “Şərq poeziyasının görkəmli nümayəndəsi”
adlı sərgi ilə tanış oldular. IX və X sinif şagirdlərinin ifasında şairin həyat və yaradıcılığı haqqında, onun gəzəlləri, hikmətli sözləri və
nəsihətlərindən parçalar söylənmiş, “Sultan Səncər və qarı”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarından
səhnələşdirilmiş parçalar göstərilmişdir. Şairin sözlərinə yazılmış “Sevgili canan”, “Sənsiz” mahnılarının yüksək səviyyədə ifası tədbir
iştirakçılarının sürəkli alqışına səbəb olmuşdur. Sonda məktəbin direktoru Afət Bakıxanova dahi Nizami haqqında öz fikirlərini söyləmiş və
şagirdlərə minnətdarlığını bildirmişdir: “Şərqin dahi şairi, Azərbaycan torpağının böyük oğlu Nizami bütün dövrlərin sənətkarı olmuş, sonrakı
dövrlərin lirikasına və eposuna çox böyük təsir göstərmişdir. Onun əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ümumi əbədi obrazlara çevrilmişdir”
<Tədbirin şəkilləri
Bütün xəbərlər