1 saylı filial 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar 18 yanvar 2013-cü ildə Milli Konservatoriyanın tərkibində
yerləşən İncəsənət Gimnaziyasında quruluşcu rejissor Sədaqət Məmmədova ilə birgə “Şəhidlər ölmür” adlı ədəbi bədii gecə keçirdi.
Tədbir bir dəqiqəlik sükutla başladı, şəhidlər yad olundu. Xatirə gecəsində yanvar gecəsinin bilavasitə şahidi olan və bütün
faciəni lentə alan operator MirSeyidağa Mövsümov, “Şəhidlər ” kitabının müəllifi Rafiq Səməndər, bəstəkar Tahir Əkbər, 20 yanvar
faciəsinin qurbanı Fərizənin anası Bağda xanım, Az.TV-nın redaktoru Maarif Məmmədov iştirak edirdi. Yuxarı sinif şagirdləri İlham
və Fərizəyə həsr olunmuş “Məhəbbət və faciə” səhnəciyini göstərdilər. Müğənni Alim Qasımov və De Vendettanın musiqi və mahnılarının
sintezi ilə göstərilən rəqs bu faciəni bütünlükdə təsvir etdi. Foyedə “20 yanvar- Qanlı yanvar” adlı kitab sərgisi təşkil olunmuşdu.
Sərgi əhatəsində 4-cü sinif şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda ehsan süfrəsi verildi.
<Tədbirin şəkilləri
Bütün xəbərlər