17 yanvar 2013-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında “20 Yanvar - Tariximizin şanlı səhifəsi”
adlı anım gecəsi keçirildi. Tədbirdə Nəsimi rayonu 152 saylı orta məktəbin 3-cü sinif şagirdləri, müəllimlər, valideyn
və kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq tariximizin
qan yaddaşına yazılan “20 Yanvar “ faciəsi haqqında danışdı və uşaqlara bu tədbirin əhəmiyyətini izah edərək
bildirdi ki, bu hadisə xalqımızın milli şüurunun oyanmasında əvəzolunmaz rol oynayıb.
152-saylı məktəbin sinif rəhbəri Zeynəb Nəbiyeva çıxış edərək tədbirə görə kitabxana
işçilərinə öz təşəkkürünü bildirdi. Şagirdlərin ifasında “20 Yanvar” faciəsində canlarından keçən
şəhidlərə həsr olunmuş şeirlər söylənildi və səhnəcik göstərildi.
Proyektorla şəhidlərin xatirəsinə həsr olunmuş slayda baxıldi. Şagirdlər “İlahi amin” mahnısını ifa etdilər
<Tədbirin şəkilləri
Bütün xəbərlər