F.Köçərli adına Respublika Uşaq kitabxanası bu il mötəbər bir təşkilata- Beynəlxalq Uşaq Kitabı Şurasına (İBBY) üzv olmuşdur.
Məqsədimiz Azərbaycanda uşaq yazıçılarını, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək,
Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq, dünya arenasına çıxmaqdır. Iki ildən bir təşkilatın konqresi
keçirilir. Bu il konqresin miqrasiya mövzusuna uyğun olaraq uşaq yazıçısı Qəşəm İsabəylinin kiçik hekayəsi müsabiqəyə təqdim
olunmuşdur.
Avqustun 23-də Böyük Britaniyanın London şəhərində təşkilatın 33-cü konqresində F.Köçərli adına kitabxananın elmi işlər üzrə
direktoru Zahirə Dadaşova və incəsənət şöbəsinin müdiri İlahə Quliyevaya qurultayda iştirak etmək üçün dəvətnamə aldılar.
Onlar qurultayda Azərbaycanı layiqincə təmsil etdilər. Qurultayın açılış gününün ikinci hissəsində kitabxananın direktoru
adından qurultaya təbrik məktubu oxundu, hər iki nümayəndə alqış sədaları altında təqdim olundu. Qurultayda 76 dövlətdən 500-dən
çox nümayəndə iştirak edirdi. Sərgi salonunda Azərbaycan uşaq yazarlarının bir neçə kitabları ingilis dilində, kitabxananın təsis
etdiyi “Göy qurşağı” jurnalının İBBY bağlı keçirilmiş tədbirlər haqqında məqalələr dərc olunmuş son nömrələri Azərbaycan bayrağı
altında sərgiləndi. Heç bir sərgidə bayraq olmadığından nümayəndələrimizin təşkil etdiyi sərgi daha böyük maraq doğurdu. Uşaq
yazıçısı Qəşəm İsabəylinin “Sabahın xeyir, baba!” adlı kiçik uşaq hekayəsi konqresin xüsusi buraxılmış kitabında ( “Biz hamımız
bir torpağdanıq” -We’re all from the same Big Land) dərc olunmuşdu. Həmin məcmuədə ilk dəfə olaraq uşaq yazıçımız haqqında
yazının dərc olunması, digər dövlətlərin yazıçıları ilə yanaşı bizim də dövlətimizin adının olması çox sevindirici haldır. Zahirə
Dadaşovanın təşkilata təqdim etdiyi “Bizim İBBY-də ilk addımlarımız” məqaləsi isə “Book Bord” jurnalının sentyabr-oktyabr
nömrəsində çap olunacaq.
<Tədbirin şəkilləri
Avqustun 25-də Elm muzeyində H.X.Anderson qızıl medalı qaliblərinin təqdimatı oldu.
Bütün xəbərlər