Gənc nəslin tərbiyəsində ailə, məktəb və cəmiyyətin böyük rolu vardır. Azərbaycan xalqının şifahi
və yazılı xalq ədəbiyyatı bu işdə əvəzsiz xəzinədır və bu xəzinədən yetərincə bəhrələnmək üçün ən
azı yeniyetmələrimizi qəhrəmanlıq dastanlarının personajları ruhunda yetişdirməyə çalışmalıyıq.
Bunun üçün isə biz həmin dastanları mükəmməl bilməliyik. Dastan - Azərbaycan şifahi xalq
ədəbiyyatının həcmcə ən böyük janrıdır. Qəhrəmanlıq dastanlarımızdan yaddaşlara daha dərin izlərlə
həkk olunanı "Koroğlu" dastanıdır, desək yanılmarıq. Koroğlu - türk xalqlarının yarı-mistik xalq
qəhrəmanıdır .
<Tədbirin şəkilləri
1 Noyabr 2012- ci ildə Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında Bakıda yerləşən
Dünya Məktəbinin IV-VI sinif şagirdləri ilə “Koroğlu” dastanının müzakirəsi keçirildi. İlk öncə
şagirdlər kitabxanada təşkil olunan yeni nəşrlərin sərgisi ilə taniş oldu. Kitabxananın direktoru
Fizurə Quyliyeva uşaqları salamladıqdan sonra "Koroğlu" eposunun erməni variantı" haqqında
uşaqlara onların bilmədikləri məlumatları çatdırdı. O çıxışında qeyd etdi ki, bu variantdan
danışılsa da, belə bir variant yoxdur. 1936-cı ildə Vəli Xuluflu "Koroğlu" dastanının mükəmməl
bir mətnini toplayıb çapa hazırlamışdır. Bundan xəbər tutan ermənilər onu ələ keçirmək üçün
müxtəlif yollar axtarmağa başlamışlar. İrəvanda yaşayan Kananyan familiyalı bir erməni folklorçusu
Bakıya gələrək V.Xuluflu ilə görüşmüş, onun "Koroğlu" dastanını erməni xalq dastanı kimi nəşr
etməyə qol qoyacağı təqdirdə böyük mükafatlar alacağını söyləmişdir. V.Xuluflu isə "Koroğlu"nun
türk dastanı olduğunu qətiyyətlə bildirmiş və onu erməni dastanı adlandırmağın mümkünsüzlüyünü
söyləmişdir. 1937-ci ildə V.Xuluflu həbs olunmuş, evində axtarış zamanı "Koroğlu" dastanı
götürülərək İrəvana aparılmışdır. Dastan rus dilinə tərcümə edilərək 1941-ci ildə İrəvanda
"Koroğlunun erməni variantı" adı ilə çap edilmişdir. Bu dastanı erməni xalqı yaratmadığına görə
onu "Koroğlu" dastanının erməni variantı adlandırmaq olmaz.
Uşaqlarla dastanın müzakirəsi keçirildi və şagirdlər oz fikirlərini bildirdilər. Daha sonra
“ Koroğlu” filmindən fraqmentlər göstərildi. SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı
Bülbülün ifasında “Koroğlu” operasından mahnılar səsləndi. Dünya məktəbinin direktoru tədbirlə
bağlı kitabxananın əməkdaşlarına öz minnətdarlığını bildirdi.
Bütün xəbərlər