2 aprel- Beynəlxalq Uşaq Kitabı Günüdür.
<Tədbirin şəkilləri
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bununla əlaqədar IV Milli Uşaq Kitabı sərgisi
təşkil etdi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə
bağlı onları son illərdə çap olunan müasir uşaq ədəbiyyatı, uşaq yazıçıları və nəşriyyatları
ilə tanış etmək, mütaliəyə həvəsləndirmək idi.
Kitab sərgisi oxu zalında keçirildi. Tədbirdə müxtəlif başlıqlar altında “Xalq yaradıcılığı
paytaxtları-2012”, “Nağıllar aləmində”, “Kitablarda mən hələ, baxıram şəkillərə”,
“Təhsil nəşriyyatından”, “Altun nəşriyyatından”, “Dərədən, təpədən...”, “Nağıl boğçasından”,
“Güvəncin nağılları”, “Çox oxuyan, çox bilər”, “Tarix- keçmişdən gələcəyə”, “Yeddi rəngli
kəmərim” , “Yubilyar yazıçılarımız”, “Kitabxanada ən çox oxunan kitablar”, “Sənin maraq
dünyan”və s. kitab sərgiləri nümayiş olundu. Sərgi 2-5 aprel tarixlərinə qədər davam etdi.
Həmin günlərdə kitabxanaya çoxlu sayda məktəblilər, uşaq baxçasından balacalar gələrək uşaq
ədəbiyyatı nümunələri ilə tanış oldular. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi
“ Göy qurşağı” jurnalı hədiyyə edildi. 190 saylı məktəbin ikinçi sinif şagirdləri sərginin
açılışı günü milli rəqslər və söylədikləri şeirləri ilə kitab və kitabxanaya olan
sevgilərini göstərdilər. Uşaqlar arasında viktorina keçirildi, suala düzgün cavab tapanlar
hədiyyə qazandı.
Uşaq yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Rafiq Yusifoğlu , Zahid Xəlil, Oqtay
Rza, uşaq ədəbiyyatının görkəmli tədqiqatçısı Füzuli Əsgərli, Altun, Çinar-Çap, Turan,
Təhsil nəşriyyatının əməkdaşları, məktəblilər, müəllimlər, valideynlər tədbirdə iştirak
etdi.
Bütün xəbərlər