F.Köçərli adına Respublika Uşaq Kitabxanası 29 mart 2012-ci il tarixində
“31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş “Tarixin bir günü,
və ya bir günün tarixi” adlı anım gecəsi keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd
oxucuların diqqətini erməni terrorizminin vəhşilikləri ilə bağlı faktlara yönəltməklə
tariximizi unutmamaqdır. Yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda
yetişdirilməsində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan Dövlət Tarix muzeyinin elmi maarif sərgilərin təşkili şöbəsinin böyük
elmi işçisi, fəlsəfə elmləri doktoru Nardanə Yusifova, Azərbaycan Yazıçılar Birliyinin
Qarabağ bölməsinin sədri, fəlsəfə doktoru, şair, professor Ənvər Əhməd, şair, publisist
Teyyub Qurban və Xocalı şahidi, uşaq şairi və yazıçısı Ələmdar Quluzadə iştirak edirdi.
Tədbiri kitabxananın direktoru F.Quliyeva açaraq soyqırımla bağlı uşaqlara məlumat verdi.
Qonaqlar öz çıxışları ilə iki əsr davam edən soyqırımın tarixindən, bu günündən söhbət
açdılar. Tədbirdə həmçinin “Qan yaddaşı” adlı kitab sərgisi və məlumat biblioqrafiya
şöbəsinin hazırladığı “Unutmayaq” adlı video çarx və slaydlar oxucuların diqqətinə
çatdırıldı.
<Tədbirin şəkilləri
Tədbirdə KİV nümayəndələrindən “Mədəniyyət” qəzetinin əməkdaşı, Müstəqil Araşdırmalar
Mərkəzinin direktoru İradə Yaqubova iştirak edirdi.
Bütün xəbərlər