18 mart 2008-ci ildə kitabxananın oxu zalında Rusiya Federasiyasının “Premyera” nəşriyyatından 165 adda 1128 nüsxə alınan kitabların təqdimat mərasimi oldu. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, bir çox aparıcı kitabxanaların əməkdaşları, KİV nümayəndələri, BDU- nun kitabxanaçılıq və informasiya fakultəsinin müəllimləri, fəal oxucular iştirak edirdi. Yüksək estetik zövqlə, bədii tərtibatla işlənmiş kitablar haqqında fikirlər söyləndi. “Nedelya” qəzetində tədbirlə bağlı material dərc olundu. Az.TV-nin “Xəbərlər” proqramında tədbir göstərildi.