BMT 21 mart gününü - Beynəlxalq Novruz Günü elan etmişdir. F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının kütləvi işlər şöbəsi 13 mart 2012-ci ildə Moskva şəhəri Nepetinski
rayonundakı uşaq evi ilə “Novruzum, Yazım mənim” adlı “Bakı- Moskva. Milli dəyərlərimizi
qoruyaq” adlı telekörpü keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd Rusiyanın Moskva şəhərində
yerləşən uşaq evinin sakinlərinə elimizin gözəl bayramı olan Novruzla bağlı məlumat vermək,
uşaqların ifasında el şənliyini göstərməklə milli, mənəvi dəyərlərimizin dünyanın hər bir
yerində qorunub saxlanması idi.
<Tədbirin şəkilləri
Bayram şənliyi Səbael rayonundakı 7 saylı məktəbdə Nazilə Əzimovanın hazırlığı altında
5-çi sinif şagirdləri ilə oldu. Tədbirdə Novruz bayramı ilə əlaqədar Novruz xonçaları təşkil
olunmuşdu. Tədbiri giriş sözü ilə F.Köçərli adına Kitabxananın direktor müavini Zahirə xanım
Dadaşova açaraq Moskvadakı uşaqları salamladı, ulu öndərimizin Novruzla bağlı sözlərinı
çıxışında vurğuladı. Bayram şənliyi təqdim olundu. Uşaqlar milli geyimdə çıxış edərək,
şeirlər və mahnılar söylədilər, səməni və xonçalarla rəqs etdilər, novruz çərşənbələrindən
danışdılar, papaqatdı, yumurta döyüşü, ocaq üzərindən tullanma kimi qədim adətlərimizi
göstərdilər. Kosa və Keçəl öz məzəli səhnəcikləri ilə uşaqları xeyli güldürdü.
Uşaqlar moskvalı həmyaşıdları ilə dialoq qurdular, onları bayram münasibətilə təbrik edib,
Azərbaycana dəvət etdilər.
Bütün xəbərlər