Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı Soyqırımının törədilməsindən bizi
20 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən- dırnağadək silahlanmış erməni
quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşən 366-cı rus alayı ilə birlikdə
Xocalını yandırıb külə döndərdilər. 613 nəfər əliyalın dinc sakini qəddarcasına qətlə
yetirdilər. Girov götürdüklərini zülm və işgəncələrə, təhqir və həqarətlərə məruz qoydular.
<Tədbirin şəkilləri
24 fevral 2012-ci il tarixində anım günü ilə əlaqədar olaraq F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında “Xocalı Soyqırımı-20” kitab sərgisi təşkil olundu, “Dünya hara baxır görən?”
adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru
F.Quliyeva açaraq soyqırım ilə əlaqədar ətraflı məlumat verdi. Proyektorla Xocalı şəhərinin
tarixi, mədəniyyəti, onun hansı strateji obyekt kimi mühüm olması, qətliamın şəkilləri,
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar nümayiş olundu.
Bir dəqiqəlik sükutla Xocalı şəhidləri anıldı. Kiçik yaş qrupu üzrə xidmət şöbəsinin
əməkdaşı Fatma Seyidlinin 201 saylı orta məktəbin dördüncü sinif şagirdləri ilə hazırladığı
kompozisiya göstərildi. Tədbirdə şagirdlər faciəni əks etdirən səhnəciklər göstərdi,
şeirlər söylədilər. Tədbirin qonağı şairə-dramaturq Kəmalə Ağayeva faciə ilə bağlı öz
hisslərini uşaqlarla bölüşdü.
Füzurə xanım çıxış edən şagirdlərə kitabxananın “Göy Qurşağı” jurnalını hədiyyə etdi.
Bütün xəbərlər