15 fevral 2012-ci ildə kitabxananın Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi Bakının Nəsimi
rayonundakı 1 saylı orta məktəblə birgə “Xəzərin ekologiyası” adlı tədbir keçirdi. Tədbiri
giriş sözü ilə şöbə müdiri N.Tahirova açaraq son illərdə ətraf mühitə mənfi təsirin artması
və təbii sərvətlərin həddindən artıq istismarı probleminin genişmiqyaslı fəsadlara yol
açmasının qarşısını almaq məqsədilə dünyanın nüfuzlu təşkilatları tərəfindən kompleks
tədbirlərin həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı
(BMT) tərəfindən “Minilliyin məqsədləri” çərçivəsində ətraf mühitin qorunması məsələsinə
xüsusi önəm verir. Tədbirdə şöbənin işçiləri tərəfindən hazırlanmış Xəzərin çirklənməsi
haqqında slaydlar nümayiş olundu. VII sinif şagirdləri “Dənizin çirkləndirilməsi”, “Neft”
haqqında məruzə etdilər, V sinif şagirdləri öz yazdıqları şeirləri söylədilər. Həmçinin
məktəblilər Bakıya, Xəzərə həsr olunmuş mahnılar ifa etdilər, S.Rüstəmin, B.Vahabzadənin
Xəzərə, neftçilərə həsr olunmuş şeirləri ilə çıxış etdilər. Tədbirin sonunda “Xəzəri qoruyaq”
adlı rəsm müsabiqəsinin qaliblərinə kitabxananın diplomu və kiçik hədiyyəsi təqdim olundu.
<Tədbirin şəkilləri
Bütün xəbərlər