Dekabrın 16-da Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəbdə xalq yazıçısı Mirzə
İbrahimovun anadan olmasının 100 illiyi münasibəti ilə ədəbi-bədii gecə kecirildi. Tədbiri
giriş sözü ilə məktəbin direktoru Afət Bakıxanova açaraq qonaqları təqdim etdi.
Tədbirdə M.İbrahimovun qızları- bəstəkar Sevda İbrahimova və Solmaz xanım, jurnalist Flora
Xəlilzadə, Bela Cəlilova, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutunun elmi
işcisi Esmira Fuad, şair Sadıq Xanəliyev və başqaları iştirak edirdi.
<Tədbirin şəkilləri
Məktəbin dərs hissə müdiri Qənirə Əmircanova çıxışında qeyd etdi ki, yazıcı Azərbaycan
dilinin dövlət dili elan olunması üçün ömrü boyu çalışmışdır. Monitorda yazıçının həyat və
yaradıcılığına həsr olunmuş “Sənətkar ömrü” adlı slayd və “Böyük dayaq” filmindən bir parça
nümayiş olundu. X və XI sinif şagirdləri yazıcıya həsr olunmuş şeirlər söylədilər, yazıçının
qızı Sevdaya yazdığı son məktubu kiçik bir səhnəciklə göstərildi.
Esmira Fuad yazıçıya həsr etdiyi “Sözə sevdalılar” kitabını tədbir iştirakçılarına təqdim
etdi və 3 nüsxəsini kitabxanaya hədiyyə etdi.
Foyedə yazıçının kitablarından ibarət “Ədəbiyyatımızın böyük dayağı” adlı sərgi nümayiş
olundu.
Bütün xəbərlər