Yanvar, fevral ayında “AİDS-ə yox deyək” adlı treninq mühazirələr
Nəsimi rayonu 5, 9, 159, 19, 266, 53, 45, Texniki-humanitar liseyində, Səbael rayonu 7 , 163, 49,91saylı məktəblərində, Rabitə və Nəqliyyat kollecində, Anadolu Türk və XXI əsr liseyində keçirilmişdir. Keçirilən tədbirlərdə 615 nəfər oxucu iştirak etmişdir
İnteraktiv oyunlarda komandalar onlara verilən anket-test sorğularını cavablandırmış, komandanın liderləri təqdimat üzrə çıxışlar etmişlər. Ən yaxşı təqdimat hazırlayan, çıxış edən Səbael rayonu 7 saylı məktəb, Yasamal rayonu 53 saylı və Rabitə Nəqliyyat kolleci, Anadolu Türk liseyi və XXI əsr liseyinin tələbələri oldu. Anadolu Türk liseyinin bir komandası AİDS-i belə adlandırdı:
A-Avam
İ- İnsanların
D-Düşünülməmiş
S- Səhvləri
Bununla onlar demək istədilər ki, insanların məlumatı olmadığından onlar həyatda səhvə yol verə bilərlər. Hansı ki, AİDS-də bir səhv addım = Ölümdür.
13 mart 2007-ci ildə 36 saylı məktəbin kiçik yaş qrup oxucuları ilə şair Ələmdar Quluzadənin 50 illik yubileyi ilə bağlı görüş keçirmişdir. Əlli yaşını yenicə ötmüş istedadlı şair Ələmdar Quluzadə uşaqlar üçün çox maraqlı şeirlər yazır. Son dövrdə onun “Göyərçin”, ”Günəş” jurnallarında orjinal uşaq şeirləri dərc edilib. Ə.Quluzadə uşaq xarakterini, onun daxili düşünclərini dərindən bilən şairdir.