KOMPLEKTLƏŞDİRMƏ VƏ KİTABİŞLƏMƏ ŞÖBƏSİ

Əmrahova Şəlalə Məmməd qızı – şöbə müdiri.

Komplektləşdirmə və kitabişləmə şöbəsi kitabxana yaranan müddətdən fəaliyyət göstərir. Respublika Uşaq Kitabxanası fondunun komplektləşməsi – onun kitab , dövri nəşr, not və musiqi əsərləri, həmçinin audiovizual materiallarla sistemli şəkildə tamamlanması deməkdir.

Komplektləşmə şöbəsi kitabxanaya daxil olan ədəbiyyatın uçotu və işlənməsi, təsnifləşdirilməsi bə kataloqlaşdırılması, kitabxana fondundan çıxarılmış ədəbiyyatlar üzrə aktların tərtibi kimi işləri aparır. Milli uşaq ədəbiyyatı fondunun inkişafı və tam formalaşması işində bu şöbə M.F.Axundov adına Milli kitabxananın mübadilə fondu, kitabxana kollektoru və s. ilə əlaqədar işləyir.

Kitabxanaların kitabla təchiz edilməsi sistemində məcburi nüsxənin alınması daha vacibdir.

2009-cu il üçün:

Kitabxananın ümumi fondu

237701 nüsxə

Latın qrafikalı ədəbiyyat

55146 nüsxə

Musiqi ədəbiyyatı

 5122 nüsxə

Abunə

7993 nüsxə

Hal-hazırda kitabxananın ümumi fondunu əks etdirən göstəricilər aşağıdakılardır:

Dillər üzrə:

Azərbaycan

110389 nüsxə

Rus

126897 nüsxə

İngilis

415 nüsxə

Kitabxanaya Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş 475 adda 27685 kitab hədiyyə edilmişdir.