Biblioqrafik göstəricilər

Maarif fədailərimiz - Qafur Rəşad Mirzəzadə
- XIX əsrin ortaları və XX əsrin əvvəlləri Azərbaycan tarixində maariflənmə dövrü kimi qiymətləndirilir. Bu dövrdə Azərbaycanda məktəblərin açılması, məktəb şəbəkəsinin genişlənməsi dərsliklərin, uşaq ədəbiyyatı və uşaq mətbuatının yaradılmasına tələbat yaratdı.

- Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Təhsilini Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir. Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.

- Heydər Hüseynov bu kitabda XlX əsrdə yaşayıb- yaratmış görkəmli Azərbaycan mütəfəkkirlərindən Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy və Həsən bəy Zərdabinin dünyagörüşünü ustalıqla təhlil etmiş, bütövlükdə Azərbaycan fəlsəfə tarixinin sistemli tədqiqinin elmi əsasını yaratmışdır.

- Müəllifin oxuculara təqdim etdiyi kitab Qarabağ müharibəsinə həsr olunub. Romanda rəsmi vəzifə daşıyan insanlardan tutmuş kriminal qurumun nümayəndələrinə qədər hər kəsin, hətta müdaxiləyə məruz qalan şəhərin- dünyanın ən varlı şəhərinin özünün də, yağan güllələrin də obrazı var.

- İnsanın düzgün tərbiyəsi, sağlamlığı, cəmiyyətdə saf mövqeyi qarşıda duran ən böyük vəzifələrdən biridir. Bu vəzifənin yerinə yetirilməsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Heç kəs bu işdən kənarda qalmamalıdır. Düşünmək lazımdır ki, gələcək bu gündən başlayır. / S.Xəyal

- Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.

- Nəriman Həsənzadə fikir və məna şairidir, onun sağlam, billur poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan varlığının çox ciddi münaqişələri dilə gəlir,alovları şölə saçır. Əzab və iztirabları, ümid və qayğıları çırpınır. Buna görə bu poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa tam layiqdir, bədii-estetik tərbiyə, kamilləşmə vasitəsidir. / Xəlil Rza Ulutürk.











