23 dekabr 2010-cu ildə Nəsimi rayonu 6 saylı uşaq bağçasında “Yeni il” şənliyi keçirildi. Bağçanın müdirəsi Sədaqət xanım Məmmədova qonaqları salamlayaraq Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə hamını təbrik etdi. Sonra uşaqların çıxışı başladı. Aygün, Röya, Zərifə, Harun “Şən yolka “, ”Qar”, “Şaxta baba” və.s. şerlər söylədilər. Bütün uşaqların ifasında “Qış gəlir”, “Yeni il gəlir” mahnıları səsləndi. Məktəbə hazırlıq qrupundan Harun və Nərgizin ifasında “Qış nağılı”ndan səhnəcik göstərildi. F.Köçərli adına Respublika Uşaq kitabxanasının işçiləri uşaqları Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək onlara “Göy qurşağı” jurnalını hədiyyə etdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər