17 dekabr 2010-cu ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında uşaqların sevimlisi, Gülzar nənə kimi tanıdıqları yazıçı Gülzar İbrahimova ilə görüşü oldu. Gülzar İbrahimova yeni kitabını- “Bir zalım sah vardı…” oxuculara təqdim etdi. Tədbirdə professor, kitabın redaktoru Qara Namazov, yazıçı-publisist Teyyub Qurban, kitabxanaçılar, 36, 28, 53, 18 saylı məktəbin şagirdləri, müəlimlər iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxanaçı İlahə Abdullayeva açaraq qonaqları salamladı və Gülzar İbrahimovanın yaradıcılığı haqda danışaraq müəllifin “Bir zalım şah vardı…” kitabının müzakirəsinə oxucuları dəvət etdi. Qara Namazov və Teyyub Qurban kitab haqqında öz fikirlərini söylədilər. 18 saylı orta məktəbin ədəbiyyat müəllimi Aynur Mustafayeva da kitab haqqında müsbət fikirlərini bildirdi və “Əlvida uşaqlıq” şerini söylədi. Oxucuların suallarını yazıçı cavablandırdı. Aparıcı kitabxana adından publisist, uşaq ədəbiyyatı antologiyasının tərtibçisi Qara Namazovu 80 illiyi münasibəti ilə təbrik edib ona hədiyyə təqdim etdi. Sonda yazıçı tədbir iştirakçılarına şəxsi imzası olan kitablarını bağışladı və uşaqlarla çox maraqlı görüşünə görə kitabxana kollektivinə, müəllimlərə öz təşəkkürünü bildirdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər