24 dekabr 2010-cı ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq kitabxanası Bakı şəhər uşaq və məktəb kitabxanaçıları üçün “Kitabxanaya uşaqların cəlbi: Mütaliə haqqında düşüncələr” mövzusunda elmi konfrans keçirdi. Konfransda 46 nəfər iştirak edirdi. Onlardan 18 Bakı şəhər uşaq kitabxanasından, 17 nəfər məktəb kitabxanalarından, ixtisasartırma kursundan, yazıçılardan Nüşabə Məmmədli, Rafiq Yusif oğlu, Sevinc Nuru qızı, Mədənəyyət qəzetindən, Ombusdman nümayəndəliyindən , Uşaqdan uşağa sülh şəbəkəsinin uşaqları iştirak edirdi. Konfransı kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açaraq tədbir iştirakçılarını salamladı və konfransın günümüzün ən aktual mövzusuna həsr olunduğunu bildirdi. O öz çıxışında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.4.1 bəndində respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədilə uşaq və məktəb kitabxanaları, 11 rayonun mərkəzi, uşaq və kənd kitabxanalarında monitorinqlər keçirilmişdir. Bunu keçirməkdə əsas məqsəd uşaqların mütaliəyə cəlb olunması ilə bağlı qarşıda duran problem məsələlərin aradan qaldırılması və həlli istiqamətində mütəxəssis rəylərinin bir araya gəlməsi idi. Konfransın rəsmi hissəsində çıxışlar dinlənildi, çıxışlar ətrafında fikirlər, təkliflər söylənildi. Bədii hissədə isə kitabxanamızın gənc kadrları tərəfindən hazırlanmış video çarxa baxıldı, kiçik yaşlı balaca oxucularımız kitabxananın yaranmasının 45 iliiyi ilə əlaqədar təbriklərini söylədilər, üzərində 45 yazılmış tortu kitabxanaya hədiyyə etdilər.
Konfransın proqramında:
Rəsmi hissə(Çıxışlar)
– Nailə Həşimova (elmi metodika şöbəsinin müdiri) Uşaq kitabxanalarında mütaliə, problemlər
– Sevil Əhmədova (biblioqrafiya şöbəsinin müdiri) Mütaliə bilik və informasiya cəmiyyətində
– Zahirə Dadaşova - Mütaliə müasir dövrdə
– X.Xəlilova (metodika şöbəsinin baş kitabxanaçısı)Mütaliənin müasir forma və metodları:F.Köçərli adına kitabxananın iş təcrübəsi əsasında)
Çıxış edənlər monitorinqin nəticələri ilə bağlı rəy sorğularının analizini etmiş, uşaq kitabxanalarında uşaq ədəbiyyatının çox az olması, dövrü mətbuatın alınmamasından söhbət açdılar. Bakı şəhər uşaq kitabxanalarında, məktəb kitabxanalarında “Göy qurşağı” jurnalının olmaması ilə əlaqədar kitabxanaçılar belə təklif irəli sürdülər ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin kitabxanalar uşaq ədəbiyyatı və dövrü mətbuat ilə təmin olunsunlar.
Bədii hissə:
Konfrans çərçivəsində F.Köçərli adına Respublika uşaq kitabxanasının 45-illiyinə həsr edilmiş sərgi , kitabxananın elektron nəşrləri, saytı, metodik vəsaitlər və göstəriçilər ilə tanış oldular.
Konfrans iştirakçılarına elmi-metodika şöbəsinin bu mövzuda tərtib etdiyi vəsaitlər, elmi tədqiqat xarakterli rəy sorguları, kitabxananın bələdçisi, vizit kartı, əlfəcinlər verildi.
Konfransda yazıçılar da çıxış etdilər, öz təkliflərini söylədilər. Bütün konfrans iştirakçıları tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə müraciət qəbul olundu:
1. Respublikada fəaliyyət göstərən bütün uşaq kitabxanalarının bina şəraiti, maddi texniki baza ilə təmin olunması, uşaq ədəbiyyatının və uşaqlar üçün dövrü mətbuatın alınması ilə bağlı digər nazirliklər, o cümlədən Təhsil, Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılsın.
2. Bakı şəhər uşaq kitabxanalarında , məktəblərdə uşaq ədəbiyyatının, “Göyərçin”, “Göy qurşağı” jurnalının və uşaq qəzetlərinin alınmaması ilə bağlı bu işdə Mədəniyyət naziri onlara dəstək olsun.
3. Ən yaxşı uşaq kitablarının işlənilib hazırlanması və qiymətləndirilməsi üzrə araşdırmalar aparılsın
4. Ən yaxşı uşaq kitabları üçün müsabiqə elan edilsin
5. Orta yaş qrup uşaqlar üçün (11-14yaş) kitablar çap olunsun
6. Kitabxanaları maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına diqqət yetirilsin.

Tədbirin şəkilləri

Bütün xəbərlər