3 dekabr tarixində kitabxananın Məlumat-biblioqrafiya şöbəsinin işçiləri Əhmədova S., Məcidova N., Cəfərova Ü. və Məmmədova G. 152 saylı məktəbdə oldular. Məqsəd “Tarix - keçmişdən gələcəyə” adlı kitab sərgisi və sərgilənən kitabların icmalını keçirmək idi. Bu günkü sərgidə əsas diqqət “20 Yanvar ” mövzusuna yönəldilmişdi. Bildiyimiz kimi bu mövzu xalqımız üçün ən ağrılı mövzudur və məktəblərdə bu mövzu ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə hazırlıq işinə kömək məqsədilə sərgidə Əbdülsəlimzadə Q. “20 yaşlı 20 Yanvar”, Bünyadzadə Ü. “Sənin oxşarın bənövşədi”, Üıvi A. “Müharibə illəri”, Şıxlar N. “Dünyamızın 20 Yanvar faciəsi”, “Qan borcu” və s. kimi kitablar haqqında Əhmədova S. məlumat verdi. Məktəbin müdiri Verdiyeva Gülarə xanım, məktəbin tarix müəllimləri və yuxarı sinif şagirdləri (təxminən 50 nəfər) tədbirdə iştirak etdilər. Firidun bəy Köçərli ad. Respublika Uşaq kitabxanası Bakının Nəsimi rayonunda yerləşən 152 saylı məktəblə həmişə əməkdaşlıq etmişdir. Kitabxana yeni binaya köçəndən sonra bu əlaqəni davam etdirmək, oxucuları kitabxanaya cəlb etmək, onların mütaliə dairəsini genişləndirmək, müəllimlərin mütaliəyə rəhbərlik işinə kömək etmək məqsədilə Məlumat-biblioqrafiya şöbəsi məktəblə qarşılıqlı iş planı tərtib edərək məktəbə gediş təşkil etmişdir.

Tədbirin şəkilləri

Bütün xəbərlər