25 noyabr 2010-cu il tarixdə Nəsimi rayon 28 saylı orta məktəbdə İncəsənət və Kütləvi işlər şöbəsininm birgə hazırladığı Milli qəhrəman Mubariz İbrahimovun qəhrəmanlığına həsr olunmus “Vətən məni çağırır” adlı tədbir keçirdi. Tədbirdə keçmiş döyüşçülər-milli qəhrəman, Nəsimi rayon polis mayoru Aidə Şirinova, “Mili qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, mili qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov, ”Azad qələm”qəzetinin baş redaktoru Nəcibə İlkin, şairə Cığatel, Nəsimi rayon İcra Hakimiyyətində işləyən psixoloq Mehriban xanim, Təhsil idarəsindən Yaqut xanım, müəllimlər və 9-11-ci sinif şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Mehriban Əlizadə qonaqları salamladıqdan sonra Mübarizin qəhrəmanlığından danışdı. Mübarizin məktubu səsləndirildi və onun haqda hazırlanmış slaydlar proyektorla nümayiş olundu. 28 saylı məktəbin məzunu olmuş, polkovnik mayoru Aidə Şirinova Mübarizin qəhrəmanlığı haqqında , həmçinin müharibənin qanlı günlərindən söhbət açdı və yazdığı “Vətən”, ”Ey şəhid qardaşım”, ”Ey şəhid anası” şeirlərini söylədi. Milli Qəhrəmanlara həsr olunmus slayd gostərildikdən sonra “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə çıxış etdi və Dağlıq Qarabağ müharibəsində 22 min Azərbaycanlının şəhid olduğu və 41 min insanin əlil olmasi, 211 nəfər azərbaycanlının Milli qəhrəman adına layiq gorulməsi haqda məlumat verdi.10-cu sinif şagirdi Naibə Məlikova “Ey Vətən” və “Torpağın səsi” mahnılarını ifa etdi. Bütün qonaqların çıxışından sonra şagirdlərin onlara sualları ünvanlandı. Tədbirin sonunda uşaqlar Mübariz İbrahimova həsr olunmuş “Hayqıran ürək” adlı foto-sərgiyə baxdılar.

Tədbirin şəkilləri

Bütün xəbərlər