Noyabır ayının 22-də Səbayıl rayonun 16 saylı Texniki və Humanitar liseyndə Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 21-ci ildönümü və Ombusmanın uşaq hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir kecirdi. Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Sonra məktəbin direktoru Ülviyyə xanım, kitabxananın incəsənət şöbəsinin müdiri Nazilə xanım tədbirlə bağlı çıxış etdilər. Çıxışlarında əsasən uşaqların təkcə məktəb daxilində hüquqlarının qorunmasından deyil, ümumiyyətlə Uşaq Hüquqların Konvensiyası daxilində qəbul olunmuş bütün hüquqlar haqqında maraqlı məlumat verdilər. VIII və IX sinif şagirdləri uşaq hüquqları ilə bağlı cıxışlar və onların hüquqlarının pozulması ilə bağlı səhnəcik göstərdilər. Uşaqlardan Hüseynov Dilavər, Babayev İbrahim, Cəmilə Həyatova, Babayeva Nigar öz cıxışlarını musiqi, şeir və rəqs ilə bəzədilər. Azərbaycanda Uşaq və Gənclərin Sülh şəbəkəsinin sədri Mehriban xanım tədbirdə iştirak edirdi. Şəbəkənin üzvü olan Nazinka Mehdili öz təşkilatları haqqında uşaqlara məlumat verdi. Tədbirin sonunda F. Köçərli adına kitabxananın İncəsənət şöbəsinin müdiri Nazilə xanım şagirdlərə “Siz öz hüquqlarınızı bilirsinizmi?” adlı bukletləri, kitabxananın bələdçisini təqdim etdi, uşaqları məktəbin foyesində təşkil etdikləri “Uşaq hüquqları konvensiyası” adlı sərgiyə baxmağa dəvət etdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər