29 oktyabr 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanası Nəsimi rayonundakı 28 saylı orta məktəbdə yazıçı Süleyman Sani Axundovun 135 illik yubileyinə həsr olunmus “Süleyman Sani Axundov-135” adlı ədəbi bədii gecə keçirdi. Tədbiri məktəbin direktoru Mehriban Əlizadə açdı və qonaqları salamladı. Sonra S.Sani Axundovun yaradıcılığından söhbət açıldı, “Qaraca qız” filmindən şəkillər proyektorla uşaqlara nümayiş etdirildi. Aparıcılar-Bayramova Günay və Babayev Əmirxan yazıçının həyat və yaradcılığından danışdılar, Oxuculardan Feyzullayeva Əhyaxanım, Həbibli Zemfira, Cəfərli Cəfər, Həsənova Aynur Əbülfəz Naxçıvanlının “Sən qaldın dünyada”və Süleyman Rüstəmin “Sağ ol müəllimim Süleyman Sani “ adlı seirlərindən parçalar söylədilər. Müseyibova Şahnaz və Zeynallı Elman yazıçının “Qaraca qız “ hekayəsindən səhnəcik göstərdi. Uşaqların ifasında “Kəpənək” rəqsi göstərildi. Tədbirdə çıxış edən uşaqlara hədiyyələr verildi.

Tədbirin şəkilləri

Bütün xəbərlər