28 oktyabr 2010-cu il tarixində Firudin bəy Köçərli adına Respublika uşaq kitabxanası Nəsimi rayonunda yerləşən 6 saylı uşaq bağçasında yazıçı Əli Səmədlinin 80 illik yubileyinə həsr olunmuş “Nağılçı baba“ adlı səhərcik keçirdi. Tədbiri giriş sözü ilə kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova açdı. Sonra isə kitabxanaçı İlahə Abdullayeva Əli Səmədlinin həyat və yaradcılığı haqda uşaqlara qısa məlumat verdi. Maraqlı məlumatdan sonra uşaqların ifasında yazıçının “Bir dovşan iki tülkini necə aldatdı”,“Çayın gileyi”adlı hekayələrindən səhnəciklər göstərildi. Həmçinin yazıçının kiçikyaşlı uşaqlar üçün yazdığı şeirləri də uşaqlar tərəfindən səsləndi. Aparıcı şairin yazdığı tapmacaları söylədi, uşaqlar tapıb hədiyyə qazandılar. Tədbirdə iştirak edən bütün uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı verildi. Uşaq bağçasının müdiri Səadət xanım Məmmədova və bağçanın müəllimələri keçirilən tədbirlə əlaqədar kitabxanaya öz minnətdarlıqlarını bildirdilər.

Tədbirin şəkilləri

Bütün xəbərlər