21 sentyabr 2010-cu ildə saat 17: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni binada rəsmi açılışı ilə əlaqədar tədbir keçirdi. Kitabxananın açılışında uşaq yazıçıları, Kiv nümayəndələri, məktəb və uşaq bağçası iştirak edirdi. 2010-cu il Ekologiya ili olması ilə əlaqədar öncə keçirilmiş “Yurdumuzu gülüstana çevirək”, “Yaşıl dünya naminə” adlı aksiyanın iştirakçıları olan Nəsimi rayonundakı 36 saylı məktəbin yuxarı sinif şagirdləri də tədbirə yaşıl geyimdə və əllərində şüar gəlmişdilər. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq mütaliənin əhəmiyyətindən, bununla əlaqədar dövlətin uşaqlara göstərdiyi qayğıdan söhbət açdı. “Can bala” uşaq qrupu öz maraqlı çıxışları ilə tədbiri daha da rövnəq etdi. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Nəsimi rayon İcra başçısı da tədbirdə çıxış etdilər. Sonra ən maraqlı məqam gəlib çatdı. Müasir tələbatlara cavab verəcək belə bir kitabxananın açılışı ilə əlaqədar qırmızı lenti Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev kəsdi. Tədbir iştirakçıları kitabxanaya daxil oldular. Yeni binada uşaqlar üçün yaradılmış nağıl otağı, müxtəlif yaş qrupları üçün nəzərdə tutulan oxu zalları, onların zövqünü oxşayan mebellər, hər bir rahatlıq və şərait iştirakçıları valeh etdi. 190 saylı məktəbin birinciləri ilk dəfə kitabxanaya üzv oldular, onlara kitabxananın hədiyyələri verildi. Hər bir iştirakçıya kitabxananın bələdçisi, vizit kartı, əlfəcin və “Göy qurşağı” jurnalı paylandı. Kitabxanaya gələn valideynlər, müəllimlər, mədəniyyət işçiləri, yazarlar Mədəniyyət və Turizm Nazirliyinə uşaqlar üçün yaradılmış belə gözəl kitabxanaya görə, ulu öndərimiz demişkən “məbədgah”a görə minnətdarlıq etdilər.

Tədbirin şəkilləri

Bütün xəbərlər