4 iyun 2010-cu il saat 12:00-da kitabxananın oxu zalında “Mən dünyamı çəkirəm, sizə ərməğan edirəm” rəsm müsabiqəsinin qalibləri elan edildi. Tədbirdə valideynlər, müəllimlər, şagirdlər iştirak edirdi. Tədbir iştirakçıları “Təbiətdə davranış qaydaları”, “Həyatımız təhlükədədir” adlı slaydlarla hazırlanmış təqdimatlara baxdılar, müsabiqəyə göndərilən bütün şəkillərlə tanış oldular. Qaliblər mükafatlandırıldı.
Rəsm müsabiqəsində birinci altılığa düşən qaliblər aşağıdakılardır:

  • 190 saylı məktəb, 5a sinif şagirdi Cəfərova Çimnaz Iyer
  • 201 saylı məktəb, 7-ci sinif şagirdi Orucova Çeşmixanım II yer
  • 190 saylı məktəb, 2a sinif şagirdi İbrahimli Həbib II yer
  • 201 saylı məktəb, 7-ci sinif şagirdi Əhmədova Aytac III yer
  • 201 saylı məktəb, 7-ci sinif şagirdi Həzrətova Aysel IV yer
  • 36 saylı məktəb, 5b sinif şagirdi Rəhimova Nübar həvəsləndirici

    Tədbirin şəkilləri

    Bütün xəbərlər