6 may 2010-cu il saat 14:00-da 9 may qələbə bayramının 65 illiyi münasibətilə kitabxananın bir saylı fililaı Cəfər Cabbarlının ev muzeyi ilə birgə müharibə veteranları ilə görüş keçirdi. Tədbirdə müharibə veteranı Rəşid Rəsulov (podpolkovnik, Slanyan Universitetinin dosenti, psixologiya fənni üzrə müəllim, Mayn şəhərini azad edənlər arasında iştirak edib, Berlin şəhərinə qədər gedib çıxıb) və Quliyeva Ruqiyyə, (müharibə dövründə arxa cəbhədə çalışıb, Semaşko xəstəxanasının cərrahiyyə şöbəsində müharibə zonasından göndərilən agır yaralıları qəbul edərək tibb bacısı kimi fəaliyyət göstərib) 175 saylı məktəbin 7-ci sinif şagirdləri, Yasamal rayon Qadınlar Şurasının üzvü Validə xanım, yazıçı Gülnar Babayeva, “Mədəniyyət” qəzetinin jurnalisti və digərləri iştirak edirdi.
Şagirdlər veteranlarla görüşdə müharibə ilə bağlı onlara suallar verdilər və veteranlar müharibənin acılı günlərini, xatirələrini uşaqlara danışdılar. Rəşid Rəsulov müharibədə aldığı güllənin qəlpəsini bugünədək ayağından çıxarılmadığını söylədi. Şairə Ruhəngiz Nurun radioda səhnələşdirilən müharibə mövzusuna aid “Güllə yarası” poeması səsləndirildi. Lamiyə Həsənova Süleyman Rüstəmin “Ana poçtolyon”, Vüqar Ağayev II Dünya müharibəsinə həsr etdiyi şeiri, Zərnişan “Dəhşət” şeirini, Həqiqət Cəfər Cabbarlının “Ana” şeirini səsləndirdi. Sonda şagirdlər müharibə veteranlarına can sağlığı arzulayaraq onlar kimi mərd və vətənpərvər olacaqlarına söz verdilər.

Bütün xəbərlər