11 may 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda yerləşən 28 saylı məktəbin 4-cü sinif şagirdləri ilə “Heydər Əliyev və ana dili” adlı açıq dərs keçirildi. Tədbirdə şagirdlər ulu öndərə, ana dilimizə həsr olunmuş şeirlər söylədilər, mahnı oxudular. Açıq dərsi kitabxananın ədəbiyyat dərnəyinin rəhbəri şair, ədəbiyyatşünas Teyyub Qurban aparırdı. O uşaqlara dilimizin zənginliyindən, şirinliyindən danışdı, öz şeirlərini oxudu. Uşaqlar kitab sərgisində kitablar, dövrü mətbuat səhifələrində dərc olunmuş məqalələr, ədəbiyyat siyahiları ilə yaxından tanış oldular.

Bütün xəbərlər