7 may 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının 1 saylı filialı 175 saylı məktəbdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87 illiyi münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı tədbir keçirdi. Tədbirdə 7-ci sinif şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söylədilər, mahnı oxudular. “Heydər Əliyev və uşaqlar” adlı kitab sərgisində ulu öndərin uşaqlarla birlikdə çəkilmiş şəkilləri, oxucuların müsabiqəyə göndərdikləri inşa yazıları, kitablar, dövrü mətbuat səhifələrində dərc olunmuş məqalələr əks olunmuşdu.

Bütün xəbərlər