Sentyabrın 12-də Azərbaycan şairi Hüseyn Cavidin 125 illiyi və Turan Cavidin anım gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə Turan Cavid mərkəzinin direktoru Sevda Cəfərova, Heydər Əliyev Fondunun baş məsləhətçisi Məhəbbət Mehdiyeva, Cavidşünas alimlərdən Kamran Əliyev və Cəlal Qasımov məruzələrlə çıxış etdilər. Gecədə xalq artisti Həsən Ağasoyun və məktəblilərin ifasında şairin yaradıcılığından nümunələr göstərildi. Bülbül adına orta ixtisas məktəbinin tələbələri isə Hüseyn Cavidin şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər.