13 aprel 2010-cu ildə kitabxanada xalq şairi Rəsul Rzanın 100 illiyi münasibətilə 47 saylı orta məktəblə birgə tədbir keçirilmişdir. Tədbirdə şair-dramaturq Ramiq Muxtar, yazıçı-publisist Teyyub Qurban, yazıçı Nüşabə Məmmədli iştirak etmişlər. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq qonaqları salamladı və xalq şairi Rəsul Rza haqqında məlumat verdi. Daha sonra qonaqlar çıxış etdilər, Rəsul Rza haqqında xatirələrini danışdılar. Məktəblilər şairin şeirlərini və şeirlərinə bəstələnmiş musiqiləri səsləndirməklə tədbiri daha da rəngarəng və maraqlı etdilər.

Bütün xəbərlər