11 mart 2010-cu ildə Səbail rayonundakı 160 saylı məktəbdə novruz bayramı ilə bağlı tədbir keçirildi. Məktəbin direktoru Faina xanım tədbiri açıq elan etdi, qonaqları salamladı. Tədbirdə iştirak edən şairə Solmaz Amanova ilk öncə çərşənbələr(su, od, yel, torpaq) haqqında məlumat verdi. Özünun yazdığı “Türac” nağılı əsasında 2a sınfinin ifasında tamaşa göstərildi. Sonra milli rəqslər ifa olundu. Kosa – kosa oyunu keçirildi. Bülbül adına musiqi məktəbinin şagirdləri də öz ifaları ilə uşaqları sevindirdilər. Uşaqlar yallı rəqsi ifa etdilər. Tədbirin sonunda “Pəncərədən daş gəlir”, “Qarabagın şikəstəsi” səsləndi.

Bütün xəbərlər