11 fevral 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 190 saylı məktəblə birgə “Cavadxan” tamaşasının müzakirəsi oldu. Bu film işğala qarşı nifrəti bildirən bir filmdir. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, rejissoru Rövşən Almuradlı və filmdə kaskadyorlar üzrə mütəxəssis Əli müəllim iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Afət xanım açdı. Sonra isə qonaqlar çıxış etdilər. Sabir Rüstəmxanlı öz çıxışını Göytürk abidələri üzərində olan sözlərlə bitirdi: “Türk oğlu sən özünə qayıt, sən özünə qayıdanda böyük olursan” Uşaqlar onları maraqlandıran suallarla rejissora, müəllifə müraciət etdilər. IV sinif şagirdi Rafiq Məmmədov Z.Yaqubun “Allah deyə-deyə böyüyür insan” şeirini söylədi. Film tamaşaçılara təqdim olundu.

Bütün xəbərlər