10 fevral 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Əbülfəz Muxtarov və həmin birliyin üzvü iqtisadçı, yazıçı, publisist Firudin Süleymanoğlu ilə kitabxana işçilərinin, oxucuların , Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Nüşabə Məmmədli, Nafilə Abuzərli, Həqiqət Paşaqızı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul katibi Südabə Həsənova və digərlərinin iştirakı ilə poeziya gecəsi oldu. Tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının yazıçıları ilə əlaqələrin genişlənməsi, onların daha da yaxından tanınması, yaradıcılıqları ilə tanışlıq idi. Tədbiri giriş sözü ilə Nüşabə xanım açdı. Sonra isə digər yazarlar çıxış etdilər. Oxucular onları maraqlandıran suallarla müraciət etdilər. Əbülfəz Muxtarov və həmin birliyin üzvü yazıçı, publisist Firudin Süleymanoğlu kitabxanada “Azərbaycan qadınları” mövzusunda tərtib olunmuş sərgi ilə tanış oldu. Yazıçı qadınların əsərlərinin və əl işlərinin, “Yazıçı qadınlar”, “Göy qurşagı” jurnalının sayları sərgidə nümayiş olundu. Bütün yazarlar kitabxanaya öz kitablarını (25 kitab) hədiyyə etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Bütün xəbərlər